Xüsusi hissə · VI bölmə · Gömrük nəzarəti
Maddə 92-2. Gömrük yoxlaması
92-2.1. Gömrük yoxlaması nəqliyyat vasitəsinin və ya onun yük hissəsinin açılması, mallara, nəqliyyat vasitələrinə, müşayiət olunan və olunmayan baqajlara vurulmuş plomb və digər eyniləşdirmə vasitələrinin məhv edilməsi, müayinə olunan obyektlərin sökülməsi, hissələrə ayrılması və onların bütövlüyünün pozulması yolu…