V bölmə · Gömrük orqanlarının vəzifəli şəxsləri
Maddə 80. Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə
80.1. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ verilir.