IV bölmə · Gömrük orqanlarının qərarları və onlardan şikayətvermə
Maddə 49. Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi
49.1. Gömrük orqanının şəxsin xeyrinə çıxardığı qərar aşağıdakı halların hamısı olduqda ləğv edilir:
49.1.1. qərar qeyri-dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə;
49.1.2. şəxs təqdim etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi və ya bilməli idi;