Xüsusi hissə · XXI bölmə · Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi və əldə edilən vəsaitlərdən istifadə olunması
Maddə 331. Malların məhvi
331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər.
331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir.