Xüsusi hissə · XIX bölmə · Xarici ticarətin gömrük statistikasının və mal nomenklaturasının aparılması
Maddə 318. Xüsusi gömrük statistikası
318.1. Gömrük orqanları öz səlahiyyətlərini həyata keçirməsini təmin etmək məqsədilə xüsusi gömrük statistikasını aparırlar.
318.2. Xüsusi gömrük statistikasının aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.