Xüsusi hissə · XVIII bölmə · Qeyri-rezidentlərin ayrı-ayrı kateqoriyaları üçün gömrük güzəştləri
Maddə 311. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqları və onların heyət üzvləri üçün gömrük güzəştləri
311.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqlarına, onların başçılarına, digər vəzifəli şəxslərinə və inzibati-texniki işləri həyata keçirən əməkdaşlarına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya…