Xüsusi hissə · XV bölmə · Gömrük nəzarətinə dair əlavə müddəalar
Maddə 284. Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi
284.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt olmadığı müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir.