Xüsusi hissə · XIV bölmə · Gömrük ödənişləri, gömrük borcu və təminat
Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları
244.1. Gömrük borcu gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsinin milli operatoruna nağdsız qaydada ödənilir.
244.2. Gömrük borcu üzrə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılır…