II bölmə · Gömrük orqanlarının başqa şəxslərlə münasibətləri
Maddə 21. Gömrük təmsilçisi
21.1. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.
21.2. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud…