Xüsusi hissə · XI bölmə · Xüsusi gömrük prosedurları
Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi
192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən…