Xüsusi hissə · XI bölmə · Xüsusi gömrük prosedurları
Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət
185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.
185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.