Xüsusi hissə · XI bölmə · Xüsusi gömrük prosedurları
Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması
169.1. Tranzit xüsusi gömrük prosedurundan, bu Məcəllənin 195-ci və 199-cu maddələrində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv…