Xüsusi hissə · X bölmə · Gömrük prosedurlarına dair ümumi qaydalar
Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi
165.1. Təkrar idxal - ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq…