Maddə 16. Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar
16.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.
16.2. Gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri…