Xüsusi hissə · X bölmə · Gömrük prosedurlarına dair ümumi qaydalar
Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr
156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.