Xüsusi hissə · VIII bölmə · Malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması
Maddə 129. Qısa ixrac bəyannaməsinin təqdim edilməsi, ona düzəlişlərin edilməsi və ləğvi
129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir.
129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa ixrac…