Xüsusi hissə · VIII bölmə · Malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması
Maddə 119. Malların müvafiq yerə çatdırılması
119.1. Gömrük ərazisinə gətirilən malların daşınmasına cavabdeh olan şəxs həmin malları gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə təyinat və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına, yaxud gömrük orqanları ilə razılaşdırılmış digər yerə çatdırır.