Xüsusi hissə · VIII bölmə · Malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması
Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi və ilkin məlumatlar
116.1. Bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına…