Xüsusi hissə · VIII bölmə · Malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması
Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi
113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati…