Xüsusi hissə · VI bölmə · Gömrük nəzarəti
Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti
101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını müəyyən edir.