Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar
1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. adi işləmə formaları – malların qorunması, qablaşdırılması, markalanması, habelə xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədilə onların yenidən qablaşdırılması, qablaşdırma…