IX fəsil. Müdafiə tərəfi
Maddə 91. Təqsirləndirilən şəxs
91.1. Müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır.
91.2. Anlaqsız vəziyyətdə və ya cinayət məsuliyyəti yaradan müəyyən yaş həddinə çatmamış cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs…