I fəsil. Cinayət-prosessual qanunvericiliyi
Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları
7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;
7.0.2. ərizəçi — özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və…