V fəsil. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi
Maddə 60. Vurulmuş ziyanın ödənilməsini tələb etmə hüququ olan şəxslər
60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ…