V fəsil. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi
Maddə 57. Vurulmuş ziyanın ödənilməsinin xüsusiyyətləri
57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması…