LX fəsil
Maddə 526. Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinin ümumi şərtləri
526.1. Bu Məcəllənin 526.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya qurumlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahısına (bundan sonra – ölkədaxili siyahıya)…