LVIII fəsil. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat
Maddə 506. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrasının cinayət cəzalarını və cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və orqanlar tərəfindən vaxtında və lazımınca təmin edilməsi üzrə məhkəmələrin vəzifələri
506.0. Hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:
506.0.1. məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası barədə dərhal göstəriş vermək;