LV fəsil. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat
Maddə 472. Müdafiəçinin və qanuni nümayəndənin iştirakı
472.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə müdafiəçinin iştirakı işin başlandığı və ya ayrıca icraata ayrıldığı andan məcburidir.
472.2. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat aparılan şəxslərin işləri üzrə işdə iştirak etmək üçün…