LIV fəsil. Yeni açılmış hallar üzrə icraat
Maddə 467-9. Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri edən halların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən müəyyən edilməsi
467-9.1. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktı ilə daxil olmuş cinayət işi üzrə bu Məcəllənin 467-3-cü maddəsində nəzərdə tutulmuş halları müəyyən etdikdə cinayət işi üzrə icraatın dayandırılması və narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin tətbiq…