LIV fəsil. Yeni açılmış hallar üzrə icraat
Maddə 467-15. Məhkəmə icraatı zamanı cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi
467-15.1. Məhkəmə hökm və ya digər yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək təqsirləndirilən şəxs könüllü gəldikdə və ya məhkəmənin sərəncamına verildikdə məhkəmə dərhal cinayət təqibi üzrə qiyabi icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildikdən sonra məhkəmə icraatı bu…