LII fəsil. Məhkəmə nəzarətinin həyata keçirilməsi
Maddə 454. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında hakimin çıxardığı digər qərarlardan şikayət və ya protest verilməsi və onların qanuniliyinin və əsaslılığının yoxlanılması
İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış…