LII fəsil. Məhkəmə nəzarətinin həyata keçirilməsi
Maddə 442. Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair ümumi müddəalarKMQ16
442.1. Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.