LI fəsil. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş imtiyaz və immunitetə malik olan şəxslər barəsində icraatın xüsusiyyətləri
Maddə 439. Cinayət yurisdiksiyası üzrə immunitet
439.1. Bu Məcəllənin 437.0.1, 437.0.2, 437.0.4, 437.0.6—437.0.8-ci maddələrində sadalanmış şəxslər Azərbaycan Respublikasında cinayət yurisdiksiyası üzrə immunitetə malikdirlər. Belə şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi diplomatik yolla həll edilir.