L fəsil. Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri
Maddə 432. Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaqın aparılmasının xüsusiyyətləri
432.1. Yetkinlik yaşına çatmayan şəxs barəsində ibtidai istintaq imkan daxilində müvafiq ibtidai istintaq orqanlarının xüsusi bölmələri və ya yetkinlik yaşına çatmayan şəxslərlə müvafiq iş təcrübəsinə malik olan şəxslər tərəfindən aparılmalıdır.
432.2. Yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işi üzrə icraat…