L fəsil. Yetkinlik yaşına çatmayanlar barəsində icraatın xüsusiyyətləri
Maddə 429. Yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı müəyyən edilməli olan hallar
429.0. Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir:
429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün);
429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə…