XLIX fəsil. Məhkəmələrin hökm və ya qərarlarına əlavə kassasiya qaydasında yenidən baxılması
Maddə 422. Əlavə kassasiya qaydasında təqdimat, protest və ya şikayət vermək hüququ olan şəxslər
422.1. Əlavə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat vermək hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrlərinin və ya Naxçıvan Muxtar Respublikasının…