XLVIII fəsil. Məhkəmələrin hökm və ya qərarlarına kassasiya qaydasında yenidən baxılması
Maddə 418. Kassasiya şikayətinin və ya kassasiya protestinin ilkin öyrənilməsi
418.1. Kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətinin və ya kassasiya protestinin ilkin öyrənilməsi üçün onlar Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə verilir. Kassasiya instansiyası məhkəməsinə daxil olmuş kassasiya şikayətlərinin və ya kassasiya…