XLVIII fəsil. Məhkəmələrin hökm və ya qərarlarına kassasiya qaydasında yenidən baxılması
Maddə 409. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslərKMQ3
409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:
409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi;
409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi;