XLVII fəsil. Məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılması
Maddə 393. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıldığı gün barədə məlumatın verilməsi
393.1. Apellyasiya instansiyası məhkəməsinin iclasına çağırılmalı olan şəxslər məhkəmə baxışına çağırılmaları barədə çağırış vərəqəsi ilə məlumatlandırılırlar. Məhkum edilmiş və ya bəraət almış şəxsə eyni zamanda işin apellyasiya baxışına təyin edilməsi haqqında qərarın…