XLV fəsil. Yekun məhkəmə qərarının çıxarılması
Maddə 356. Məhkəmənin yekun qərarının elan edilməsi
356.1. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı imzalandıqdan sonra məhkəmə iclas zalına qayıdır və məhkəmə iclasında sədrlik edən, həcmi böyük olduqda isə məhkəmə tərkibində olan digər hakimlər növbə ilə həmin qərarın giriş və nəticəvi hissəsini elan edirlər.