II fəsil. Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri
Maddə 34. Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi
34.1. Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.
34.2. Bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini…