XLIII fəsil. Məhkəmə istintaqı
Maddə 333. Maddi sübutlara baxış keçirilməsi
333.1. Məhkəmədə olan maddi sübutlara, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmənin maddi sübut kimi qəbul etdiyi əşyalara növbə ilə ittiham, müdafiə tərəfləri və məhkəmə tərəfindən baxış keçirilir. Maddi sübut kimi qəbul edilmiş əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim…