XLIII fəsil. Məhkəmə istintaqı
Maddə 331. Məhkəmə baxışında ekspertiza
331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir.
331.2. Məhkəməyədək icraat zamanı rəy vermiş ekspert aşağıdakı hüquqlara malikdir:
331.2.1. məhkəmə baxışında və ekspertizanın predmetinə aid olan…