XLIII fəsil. Məhkəmə istintaqı
Maddə 325. Məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığı
325.1. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və ya bilməməsi məsələsinə dair münasibətini aydınlaşdırdıqdan sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını (təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin dindirilməsinin…