XL fəsil. Cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara və xüsusi ittiham qaydasında şikayətlərə ilkin baxılması
Maddə 298. Daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin ilkin hərəkətləri
298.1. Birinci instansiya məhkəməsinə daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət hakimlər arasında işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə riayət edilməklə onlara baxmalı olan hakimə və ya hakimlərə verilir.