XXXIX fəsil. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat
Maddə 294. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata dair qəbul edilən qərarlar
294.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
294.1.1. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatı dərhal qeydə almaq və ona baxmaq;
294.1.2. bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin…