XXXVIII fəsil. İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi
Maddə 290. Prokuror tərəfindən ittiham aktına baxılması
290.1. İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış…