XXXVI fəsil. Tədqiqat üçün nümunələrin götürülməsi
Maddə 276. Nümunələrin götürülməsi protokolu
276.1. Nümunələri götürdükdən sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:
276.1.1. nümunələrin götürüldüyü tarix, vaxt və yer;
276.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
276.1.3. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərin vəzifəsi, soyadı, adı…