XXXV fəsil. Ekspertizanın aparılması
Maddə 269. Ekspert idarəsində ekspertizanın aparılması
269.1. Müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə ekspert…