XXXV fəsil. Ekspertizanın aparılması
Maddə 265. Təkbaşına və komisyon ekspertiza
265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər.
265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır.
265.3. Mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan…